AAAF Parkda Silahlı Qüvvələr Gününə həsr edilmiş konsertə Millət Vəkili Qənirə xanım Paşayeva da dəvət edilib.
“AAAF Park” Yaşayış Kompleksində “İstedadlı Əlillər” İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan istedadlı insanların əl işlərinin sərgisi və musiqi istedadı olan fiziki məhdud insanların konserti təşkil ediləcəkdir. Bu gün-29 iyun saat 18:00-da başlayacaq konsertdə vətənpərvərlik abu-havası olan musiqilər səsləndiriləcək. Fiziki məhdudiyyətli insanlara daim qayğısı ilə seçilən Millət Vəkli Qənirə xanım Paşayevanın da tədbirdə iştirakı gözlənilir. Konsertlə yanaşı 29-30 iyun tarixlərində rəsm, kərgüzarlıq, toxuma, taxta üzərində yonma və milli simvollara aid əsərlərin nümayişi və satışı da nəzərdə tutulub.
“İstedadlı Əlillər” İctimai Birliyi satış-sərgilər, konsert proqramları və digər əhəmiyyətli tədbirlər təşkil etməklə əlilliyi olan istedadlı insanların bacarıqlarını cəmiyyətə nümayiş etdirir, müəllifləri tanıdır, gələcək fəaliyyətlərini inkişaf etdirmək üçün onlara stimul verici şərait yaradır. “AAAF Park” Yaşayış Kompleksi fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını əsas tutaraq təşkil olunan tədbirlərə heç bir zaman öz dəstəyini əsirgəmir.
Qeyd edək ki, əlilliyi olan istedadlı insanların əl işlərinin sərgisi və musiqi istedadı olan fiziki məhdud insanların konsertinin təşkil edilməsi “Fiziki məhdud istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layhənin bir hissəsidir. “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən təşkil olunan bu təbdir Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “AAAF Park” Yaşayış Kompleksinin isə təşkilati dəstəyi ilə həyata keçirilir.
Hər kəsi bu tədbirə dəstək olmağa dəvət edirik!
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions