Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günüdür!

Hər il bu tarixdə qeyd olunan bu bayram qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.

Qadınlar bizim anamız, bacımız, həyat yoldaşımız, böyük güvən qaynağımız, həyat mənbəyimizdir. Onları qorumaq, qayğısına qalmaq, dəstək olmaq, çətinliklərinin həllində yardımçı olmaq mənəvi borcumuzdur. Azərbaycan qadını tarixən qəhrəman, ailəsinin yanında olmuş, onun dayağına çevrilmiş, güclü, ancaq eyni zamanda da zərif bir məxluq olub. Torpağımıza müraciət edərkən “Ana vətən” deyə səslənməyimiz də buna sübutdur. Qadınları sevmək, onların yanında olmaq vacib bir addımdır. Çünki onların sevinci hər bir kişinin sevincidir.

Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bayramınız mübarək!

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here