Bu gün 26 iyun –Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür!

Bu tarix 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qərarı  ilə ilk müntəzəm hərbi-əlahiddə korpusun yaradılmasından başlanır.

22 may 1998-ci il Azərbaycan ordusunun yaradılmasının 80 illiyinə hədiyyə kimi ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən 26 iyun – Silahlı Qüvvələr Günü elan edildi.  Azərbaycan tarixinin ən şərəfli günlərindən olan bu günü xalqımız hər il təntənəli şəkildə qeyd edir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “AAAF Park” Yaşayış Kompleksi Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqının qüdrətli ordusunun mərd zabit və əsgərlərini təbrik edir, torpaqlarımızın yağı düşməndən azad edilməsini və ərazi bötövlüyünün tezliklə bərpa edilməsini arzu edirik.

Silahlı Qüvvələr Gününüz Mübarək!

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here