Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Uşaqları sevindirmək, əyləndirmək, vaxtlarını şən keçirməsi üçün ən yaxşı yer olan AAAF PARK Yaşayış Kompleksi Sizi bu günü bizimlə keçirməyə dəvət edir. Həmişə olduğu kimi “Limuland” Uşaq-Əyləncə Mərkəzi, müxtəlif karusel və attraksionlar, şən musiqi, oyun avtomatları, hər cür istirahət və əyləncə obyektləri Sizin xidmətinizdədir.

Bayramınız mübarək!

SHARE