“Brend House” mağazalar Şəbəkəsindən Yeni il kampaniyası

“Brend House” mağazalar Şəbəkəsi Yeni il münasibətilə möhtəşəm kampaniyaya başlamışdı, artıq bu gün kampaniya yekunlaşıb. Bununla  bağlı AAAF Parkda yerləşən “Brend House” mağazasında tədbir düzənlənib. Kampaniyanın şərtləri isə çox sadə idi – hər 30 manatlıq alış-veriş et və hədiyyə kuponu qazan. Tədbir zamanı Mağazalar Şəbəkəsinə daxil olan 5 filial üzrə müştərilərin kuponları yarışmada iştirak edib. Burada 100-dən çox hədiyyə yer alıb. Qalib gələnlərə həmin hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Brend House” mağazalar Şəbəkəsi bu tip kampaniyaları mütəmadi olaraq davam etdirəcək.

SHARE