“Böyük çempion” – Əhməd Qoloqan Marin!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci Dünya Çempionatına yekun vuruldu. Azərbaycanla birlikdə 11 ölkədən gələn atletlərin qatıldığı yarışda son olaraq böyüklər – yaşı 20-dən yuxarı olan atletlər çıxış ediblər.

Turnirin ən böyük çəkilər baş üzərinə məhz bu qrupda qalxıb. Əsl titanların döyüşü izlənib.
Həqiqi ağır mübarizə turnirin ən güclüsünü ortaya çıxardı. Ukrayna, Moldova və Azərbaycan “Zirvəçilər”inin rəqabəti alqışalayiq oldu. Onlardan “Kişinyov-Zirvə” atleti Əhməd Qoloqan Marin toplamda 355 kq (160+195) nəticə və 416.1 xalla hamını üstələyərək fəxri kürsünün layiq olduğun ən yüksək pilləsinə qalxdı.

Gümüş medalı azərbaycanlı atlet Rövşən Fətullayev əldə etdi. Maraqlıdır ki, o da toplamda 355 kq (155+200) nəticə göstərdi. Ancaq şəxsi çəkisi moldovalıdan çox olduğundan ikinci yeri tuta bildi. Fətullayev 404.6 Sinkleyr xalı topladı.

Bürünc medalı isə boynundan ukraynalı atletimiz asdı. “Jidaçiv-Zirvə” nümayəndəsi Vitali Oleviç toplam 332 kq (155+177) nəticə göstərdi və 390.4 xalla 3-cü yeri tutdu.
Təbrik edirik!

N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Əhməd Qoloqan Marin Kişinyov 88.50 160 195 355 416.1
2. Fətullayev Rövşən Lənkəran 94.20 155 200 355 404.6
3. Oleviç Vitaliy Jidaçiv 87.90 155 177 332 390.4
4. Nanadze Nika Tbilisi 108.5 157 192 349 377.2
5. Zeynalov Orxan Neftçala 75.60 125 160 285 362.7
6. Hüseynov Elnur Abşeron 89.20 135 170 305 356.2
7. Rufullayev Nizam Lənkəran 82.10 125 146 271 329.6
8. Səfərov Vasif Abşeron 101.6 130 145 275 304.1

Çempionatın keçirilməsində məqsəd klublarımız arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağır atletika idman növünün inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunmasıdır.
Yarışa gəlmə günü 25 dekabr, getmə günü isə 29 dekabr 2015-cı il olaraq müəyyən edilmişdir. Dünya çempionatında Azərbaycan, Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Bolqarıstan, İsrail, İrandakı “Zirve İnternational Sport Clubs”-ın həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.

Yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirilir:

1. Kişilər

  • a) U-20 (yaşı 20-yə qədər olanlar)
  • b) 20+ (yaşı 20-dən yuxarı olanlar)

2. Qadınlar

  • a) U-17 (yaşı 17-yə qədər olanlar)
  • b) 17+ (yaşı 17-dən yuxarı olanlar)

Yarış şəxsi və komanda xarakteri daşıyacaq. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olunacaqlar. Komanda yarışlarında I-VI yerləri tutan klublar mükafatlandırılacaqlar. Qalib və mükafatçı idmançılar və komandalar “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqlar.

SHARE