Bilik Günü – “Zirvə”də!

Bu gün AAAF Park Yaşayış Kompleksində Bilik Günü münasibətilə Zirvə Liseyinin təşkil etdiyi tədbir keçirilib. Yüzlərlə uşaq, valideyn, müəllim və digər şəxslərin iştirak etdiyi mərasim Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra rəsmi şəxslər çıxış edərək bu sevincli gün münasibətilə təbriklərini edib, xoş arzularını çatdırıb, uğurlar diləyiblər.

Daha sonra tədbirdə “Zirvə” Liseyinin şagirdlərinin hazırladığı bədii hissəyə keçilib. “Birincilər” həm oxuyub, həm oynadılar, həm də onları izləyənlərə xoş anlar yaşatdılar.

Şagirdlər həm də parta arxasına keçərək ilk günün sevincini yaşadılar. Bilik Günü münasibətilə məktəbə qədəm qoyan birinciləri təbrik edir, onların bilik yollarının açıq olmasını diləyirik!

SHARE