Beynəlxalq Şahmat Turnirinə “AAAF Park”dan dəstək!

Hər il Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Şahmat Federasiyasının və Respublika Şahmat Mərkəzinin dəstəyi ilə Bakıda Beynəlxalq turnirlər keçirilir. Onlardan biri də “BAKU Open” Beynəlxalq Şahmat Turniridir. Daima ölkənin idman siyasətinə öz dəstəyini nümayiş etdirmiş “AAAF Park Yaşayış Kompleksi” bu dəfə “BAKU OPEN 2014” turnirinin sponsoru olmaq qərarını vermişdir.

Bu il 6-30 sentyabr tarixlərində keçirilən yarışda dünyanın 20 ölkəsindən dəvət olunmuş məşhur beynəlxalq qrossmeysterlər də iştirak edəcəkdir. Yarış həm də festival xarakteri daşıyır. A, B və C qruplarında keçiriləcək oyunlarda müxtəlif yaşlı uşaqlar çıxış edəcəklər. Artıq C qrupunda (uşaq turniri – 8-10-12 yaş oğlan və qızlar) yarışlara start verilib.

Respublika Şahmat Mərkəzində keçirilən oyunlar sentyabrın 15-nə (son tur) qədər davam edəcəkdir. 8,10,12 yaşlarda oğlan və qızlar arasında I,II,III yeri tutmuş şahmatçılar müvafiq dərəcəli diplomlarla, qiymətli hədiyyələrlə təltif olunacaqlar.

SHARE