“Beerşeva-Zirvə” ilk mərhələ yarışını keçirdi

 

“Zirvə” Beynəlxalq İdman Klubunun filialları sırasına daha biri əlavə olunub. İsrailin Beerşeva şəhərinin ağır atletləri də bizim yarışlara qatılma şansı əldə edəcəklər. Artıq iyulun 23-də ilk mərhələ yarışı da keçirilib. Marina Ohmanın rəhbərliyi altında fəaliyyət göstərəcək “Beerşeva-Zirvə” bu seçmə turnirlə “9-cu Zirvə Kuboku”nda iştirak üçün rəsmi addım atıb.

Klub yeni olduğundan yarışda iştirak edənlərin sayı da az olub. Cəmi 11 nəfərin körpücük üzərinə çıxdığı turnirdə yaxşı nəticələr qeydə alınıb. Mübarizədə 4 qadın və 7 kişi ağır atlet iştirak edib. Bu nəticələrə əsasən onların ən güclüləri avqustun 28-31-i arasında AAAF Park Astarada keçiriləcək Kubokda iştirak etmək hüququ əldə edə biləcəklər.

Nəticələrlə aşağıda tanış ola bilərsiniz:

N Name Born BW S C&J T Sinc.
Women
1. Marina Ohman 1983 64.2 79 90 169 238.51
2. Nikol Rabinovich 1998 69.2 73 88 161 216.19
3. Moshe Shahar 1996 80.0 65 75 140 172.63
4. Levi Tal 1988 88.3 64 73 137 160.74
Men
1. Anatoly Mushik 1981 95.6 160 200 360 407.80
2. Michael Prigodski 1998 89.6 92 120 212 247.05
3. Ed Rogochev 1999 62.0 65 90 155 224.17
4. Uval Shetrnshtein 1998 67.4 75 85 160 218.54
5. Hayat Nahman 2000 78.1 65 85 150 187.40
6. Eitan Pevzner 1998 84.9 74 82 156 186.53
7. Tomer Milenovski 2003 49.0 35 50 85 148.21
SHARE