Bədii gimnastika yarışları “Zirvə Oyunları”nın tacı oldu!

Yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “IV ZİRVƏ OYUNLARI”nda həmişə olduğu kimi bədii gimnastika üzrə yarışlar keçirildi. AAAF Park Yaşayış Kompleksinin yarış zalının tribunlarını tam dolduran tamaşaçılar yeniyetmə qızlarımızın gözəl ifalarına şahid oldular.

Yarışı giriş sözü ilə “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru Rizvan Rəsulov açdı. O, bu turnirin ənənəvi xarakater daşıdığını və məqsədim ölkəmizdə idmanın inkişafına dəstək, gənc nəslin sağlam yetişməsinə töhfə vermək olduğunu qeyd etdi. Rəsulov Oyunların ümummilli liderin xatirəsinə həsr olunduğunu da bildirdi. Sonra çıxışlar başladı.

4 yaşlı Məmmədzadə Ahunun rəqsi ilə start götürən turnirdə 50-dən çox idmançı gürz, top, ip, halqa və lentlər, həmçinin alətsiz və qrup şəklində ifalar nümayiş etdirdilər. Gözəl görüntülərlə yadda qalan yarışdan sonra qaliblər mükafatlandırıldı, xatirə hədiyyələri verildi.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE