Bayram günlərini AAAF Parkda keçirməyə tələsin

Həftə sonundan etibarən ölkəmizdə Ramazan bayramı qeyd olunacaq və bayram iyun ayının 28-dək davam edəcək. Bayram günlərində istirahət və əyləncənizi daha da maraqlı və fərqli etmək istəyirsinizsə, bunun üçün AAAF Park Yaşayış Kompleksi ideal seçimdir. Burada böyüklü kiçikli hər kəs parkımızın bütün xidmətlərindən yararlanmaqla xoş dəqiqələr keçirəcəklər. Belə ki, AAAF Parkda fəaliyyət göstərən kafe və restoranların hazırladıqları ləziz təamlardan dadmaq və canlı musiqidən zövq almaq imkanınız olacaq. Balaca balalar isə qapalı və açıq əyləncə mərkəzlərindən istifadə edərək günlərini yaddaqalan edəcəklər.

Bir sözlə, təmiz havası,gözoxaşan səliqə-səhmanı, rahatlığı və yüksək səviyyəli xidmətləri ilə seçilən AAAF Park Yaşayış Kompleksi Bayram günlərində sevincinizə sevinc qatacaq və bayramınızı daha da rəngarəng edəcək.

SHARE