Bakı 2017: Azər Məmmədli İslam Oyunlarındakı çıxışlarımıza yekun vurdu

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları başa çatır. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxıb. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.
Artıq son çəki dərəcəsində də yarışlar başa çatıb. Körpücük üzərinə çəkisi 105 kq-dan çox olan atletlər çıxıblar. Yığmamızın üzvlərindən Azər Məmmədli də bu qrupda medal mübarizəsinə qoşulub.

Atletimiz birdən qaldırma hərəkətində 168 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 211 kq-ı başı üzərinə qaldırıb.

Toplam 379 kq (168+211) nəticə ilə Azər Məmmədli bu çəki dərəcəsində 5-ci yeri tutub.

Bu çəkidə qızıl medala toplam 431 kq (193+238) nəticə ilə özbəkistanlı Rüstəm Canqabayev sahib çıxıb.
Gümüş medalı toplam 414 kq (188+226) nəticə ilə iranlı Humayun Teymuri, bürüncü isə toplam 399 kq (181+218) nəticə ilə daha bir iranlı Ran Rabifaradi qazanıb.

SHARE