Bahar təravətli AAAF Park

Bahar gəlincə hər tərəf oyanır, başqa çalar, fərqli bir auraya bürünür. Bahar təravəti Azərbaycanın hər bir guşəsində olduğu kimi, Xırdalan şəhərində yerləşən, bənzəri olmayan, xidmətləri seçilən və göz oxşayan AAAF Parkda da hiss olunmaqdadır. Yazın gəlişi ilə AAAF Parka təşrif buyuranların da sayı artıb, onlar bu gözəl məkanımızda yaradılan şəraitdən maksimum yararlanaraq baharı xoş anlarla yaddaqalan edirlər.

Kiçik bir şəhərcik olacaq AAAF Park sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı məkandır. Ailəvi istirahətin ideal məkanı olan AAAF Parkda uşaq bağçası, lisey, tibb mərkəzi, müxtəlif restoran və kafelər, qapalı və açıq uşaq əyləncə mərkəzləri, brend mağazalar, hotel, fitness və Spa mərkəzi, bir neçə idman növləri üzrə zallar, futbol meydançaları, uşaq akademiyası fəaliyyət göstərir.

Hər birinizi AAAF Parkda xoş dəqiqələr keçirməyə və ailəvi istirahət etməyə dəvət edirik!

SHARE