Azyaşlı məhbuslar bir gününü AAAF Park-da keçirdi

AAAF Park Yaşayış Kompleksi həmişə insanların problemlərinə həssaslıqla yanaşıb, onlara maksimum dəstək verməyə, çətin zamanlarında yanlarında olmağa çalışıb. Bu, xüsusilə uşaqlar, azyaşlılara münasibətdə özünü göstərir.

Müxtəlif bayramlar, tədbirlər zamanı kimliyindən asılı olmayaraq, qonaqlarımızın vaxtını xoş keçirmələrini, burada olduqları zaman yalnız xoş anlar yaşamasına səy göstərmişik. Bu dəfə də belə oldu.

Noyabrın 5-də azyaşlı məhbusları Kompleksimizdə qonaq etdik. “Xəzər TV”nin efirində yayımlanan “Rezonans” verilişinin çəkiliş qrupu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri ilə birlikdə 3 yeniyetmə – Ramil, Kənan və Elvin (adlar şərtidir – red.) AAAF Parka gəldilər. Bu addımın atılmasında məqsəd uşaq məhbuslara azad həyatın xoş tərəflərini göstərmək, bu yolla onlara təsir edərək bir daha cinayətə əl atmamalılarını, islah olunmalarını, etdiklərindən peşmanlıq hisslərini yaşamalarını təmin etməkdir. Eyni zamanda, dəmir barmaqlıqlar arxasında olan bu çətin həyatı bir qədər yüngülləşdirmək də məqsədlər arasındadır. Hər bir insan səhv edə bilər. Əsas olan onun bunu təkrarlamaması, daha yaxşı olması üçün ikinci şansı əldə etməsidir.

AAAF Park olaraq bu imkanı onlara vermək qərarına gəldik. Azyaşlı məhbuslar Kompleksimizdə qarşılaşdıqları hər şeydən zövq aldılar. Parkımızda çox gözəl təbiət, müxtəlif attraksionlar, restoran və kafelər, idman qurğularında olmaqları onları çox sevindirdi.

Uşaqlar əvvəlcə, “Limu Forest”də qonaq oldular. Burada onlara yemək stolu açıldı, gözəl təamlar təqdim edildi. Ardınca, “7D Cinema”da bir neçə film izlədilər. Sonra “Limuland” Uşaq-Əyləncə Mərkəzindəki oyun aparatlarında xeyli vaxt keçirdilər, əyləndilər. Sonda isə Günəş çarxına minən gənc qonaqlarımız AAAF Park və Xırdalanı yüksək nöqtədən görmək imkanı qazandılar.

AAAF Park olaraq bu duruma çox sevindik. Bir neçə ildən sonra məhbus həyatını bitirib cəmiyyətə sadə vətəndaş kimi qayıdacaq bu uşaqlara yaşatdığımız sevinci biz də yaşadıq. İnanırıq ki, Parkımızda gördükləri yaddaşlarına həmişəlik həkk olunacaq və buraya bir də islah olunaraq qayıdacaqlar.

SHARE