“Azərişıq” Xırdalan sakinlərinə xəbərdarlıq edib

“Qafqazinfo”ya daxil olan məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan Masazır qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 23-24 noyabr 2018-ci il tarixlərində günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə qurum istehlakçılardan üzr istəyir.

Mənbə:  http://qafqazinfo.az/news/detail/xirdalanda-yasayanlarin-nezerine-azerisiqdan-xeberdarliq-236140

SHARE