AAAF Park Yaşayış Kompleksinin gənclərlə iş üzrə əsas tərəfdaşlarından biri də Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasıdır. Bu gündən etibarən sizi bu təşkilatın Kompleksimizin sakinlərini də yaxından maraqlandıra biləcək layihələri barədə məlumatlandıracağıq. Onlardan biri məhz gənclərin təhsil xərclərinin maliyyələşdirilməsidir.
Beləliklə, Azərbaycan Respublikasının Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulunu elan edir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.
Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcəkdir.
Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Gənclər Fonduna müraciət mərhələlərinin izahlı videoçarxı.
Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:
- Milli qəhrəman övladları;
- I, II və III qrup əlil olan gənclər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;
- Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
- I qrup əlil valideyni olan gənclər;
- Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
- Aztəminatlı ailədən olan gənclər.
Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:
- Bakı Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- Azərbaycan Texniki Universiteti
- Azərbaycan Dövlət İqtisad Universiteti
- Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
- Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
- Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
- Azərbaycan Memarlıq və İnşaat Universiteti
- Bakı Slavyan Universiteti
- Azərbaycan Dillər Universiteti
- Bakı Mühəndislik Universiteti
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
- Sumqayıt Dövlət Universiteti
- Lənkəran Dövlət Universiteti
- Gəncə Dövlət Universiteti
- Azərbaycan Texnologiya Universiteti
- Mingəçevir Dövlət Universiteti
- Naxçıvan Dövlət Universiteti
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
- Azərbaycan Milli Konservatoriyası
- Naxçıvan Müəllimlər İnstitutu
- Azərbaycan Tibb Universiteti
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
- Azərbaycan Dövlət Dəniz Akademiyası
- Milli Aviasiya Akademiyası
- “ADA” Universiteti
- Bakı Ali Neft Məktəbi
- Azərbaycan Turizm və Menecment Universiteti
- M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
- İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı
16-29 yaşlı tələbələr elektron ərizə formasını müvafiq qaydada doldurub, müraciət edə bilərlər.
Zəruri sənədlərin siyahısı:
- Tələbə biletinin surəti
- Valideynlərin şəxsiyyət vəsiqələrinin hər 2 tərəfinin surəti
- Təhsil müəssisəsindən cari təhsil haqqı borcunuz ilə bağlı arayış
- Müvafiq sosial kateqoriyaya aid olduğunuzu təsdiq edən sənəd
- Tələbənin davamiyyəti
- İmtahanlardan aldığınız qiymətlər
Müsabiqənin müddəti:
2 noyabr – 18 noyabr 2018-ci il saat 20:00-dək müraciətlər qəbul ediləcəkdir.
Fond tərəfindən müraciətlərə 15 gün ərzində baxılacaqdır.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.