Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar AAAF Parkın inkişafına böyük dəstəkdir!

Azərbaycanda sahibkarlığın stimullaşdırılması üçün özəl bölməyə xüsusi diqqətin göstərilməsi dövlət siyasətinin prioritetlərindəndir. Son dövrlərdə bu istiqamətdə qəbul olunan hüquqi-normativ aktlar mühüm əhəmiyyətə malikdir. Bu qərarlar inşaat sektorunda da canlanma yaradıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tikinti sahəsində çalışan iş adamlarına qarşı əsassız tələblərin yığışdırılması, eyni zamanda, inşaat sektorunun tam sərbəst şəkildə inkişaf etməsi istiqamətində verdiyi tapşırıq və qərarlar yerli sahibkarlarda böyük həvəs yaradır.

Dövlət dəstəyini birbaşa üzərində hiss edən sahibkarlardan biri də Tofiq Heydərovdur. Azərbaycan Televiziyasına bu barədə açıqlama verən AAAF Park Yaşayış Kompleksinin təsisçisinin sözlərinə görə, əslində bu, təkcə sahibkarlara yox, ölkəmizdə təbii istehsal sahələrinin genişləndirilməsinə, yeni iş yerlərininin yaradılmasına, qeyri-neft sektorunun inkişafına, ixrac qabiliyyətli məhsulların daha da artırılmasına göstərilən diqqət və qayğıdır: “Cənab prezidentimizin müvafiq göstərişlərindən, ümumilikdə sadələşdirilmiş vergi sisteminin qurulmasından sonra bizim tikinti şirkətində də böyük canlanma yarandı. Biz ötən il 50, maksimum 100 min kv.m-lik yaşayış sahəsi olan yeni tikililərin təməlinin qoyulması üzərində fikirləşirdiksə, artıq bu ildən əminliklə 200 min kv.m yaşayış sahəsi olan tikililərin təməlini qoymaq qərarını vermişik”.

Həyata keçirilən tədbirlər özünü inşaat sektorunda aşkar göstərir. Bu sahənin inkişafı ümumilikdə ölkənin inkişafına təsir edən amillərdən biridir. Bu sırada AAAF Park Yaşayış Kompleksini də nümunə göstərmək olar. Bu layihə son illərdə Xırdalan şəhərinin həm inkişafına, həm də simasının modernləşməsinə əvəzsiz töhfələr verib. Şəhərin abad guşələrindən biri olan AAAF Park, ümumilikdə regionda nümunəvi şəhərsalma layihəsi hesab edilə bilər. Burada müasir yaşayış binaları ilə yanaşı, ailə istirahət və əyləncə mərkəzləri, o cümlədən idman kompleksləri fəaliyyət göstərir. Bu Kompleks sakinlərin mənalı istirahətini təmin edir və bura gələnlərdə xoş ovqat yaradır.

SHARE