“Azərbaycan” qrupu AAAF Parkın qonağı oldu – VİDEO

“Heç vaxt AAAF Parkda olmamışdım. Bura çox gözəl məkandır.”  – Seyid Taleh Boradigahi

“Məşhurlar AAAF Parkda” layihəsinin növbəti qonağı “Azərbaycan” qrupu oldu. Qrup üzvləri layihə çərçivəsində ilahi nəğmələr səsləndirdilər. Qonaqlar ilahi musiqilər ifa edərək, hər kəsə ruzi-bərəkətli il arzu etdilər.

Xatırladaq ki, “Məşhurlar AAAF Parkda” layihəsi 2015-ci ilin yanvar ayından, “İnterAz” Televiziyasında hər həftənin III günü saat 23:00-da efirə gedir. Verilişin əsas məqsədi Azərbaycanın məşhur simalarını AAAF Park İstirahət və Əyləncə Mərkəzinə dəvət edərək onlarla həmsöhbət olmaq, yaradıcılıq uğurlarından danışmaq, məşhurlara AAAF Parkı tanıtmaq, sakin kartı və 10% endirimli mənzil kuponu hədiyyə edərək qonağa aaaflı olma üstünlüyü duyğusunu yaşatmaqdır.

SHARE