Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış gününə yekun vurulub. Körpücük üzərinə son olaraq 73 kq çəki dərəcəsində mübarizə aparan kişilər çıxıb.
Paşa İbrahimli toplam 291 kq (132+159) nəticə ilə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə toplam 260 kq (120+140) nəticə ilə Füqan Əliyev, 3-cü pillədə isə 248 kq (112+136) nəticə ilə Elşən Şərifov qərarlaşıb.