Azər Əliyev və digər idman rəhbərləri AAAF Parkda

Azərbaycanın idman rəhbərliyinin nümayəndələri idmanla sadə həyatın ideal sintezi olan AAAF Park Yaşayış Kompleksinin qonağı olublar. Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Pauerliftinq Federasiyalarının vitse-prezidenti Azər Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev və Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Raqif Abbasov  Zirvə Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və vitse-prezidenti Ruslan Xanverdiyevin müşayiəti ilə ərazini gəziblər. Onlara Kompleks barədə ətraflı məlumat verilib, buradakı idman zalları, lisey, digər təlim-tədris məkanları göstərilib.

Bildirilib ki, AAAF və Zirvə BİK-in mərkəzi təlim-məşq bazası olan AAAF Park Yaşayış Kompleksi dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz, sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bir məkandır. Məhz ağır atletikanın inkişafı üçün yaradılan Kompleksdə bu idman növü ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. AAAF Parkdakı təlim-məşq bazasında iki məşq və yarış zalı, fitness və Spa mərkəzi, ən müasir standartlara uyğun multifunksional üzgüçülük kompleksi, kotteclər və mehmanxanalar yerləşir. İstənilən beynəlxalq yarışlara hazırlıq üçün ideal məkanın xidmətlərindən Azərbaycanın bütün yaş qrupları üzrə ağır atletika yığma komandaları ilə yanaşı,  bir çox digər yığma komandalar – Səudiyyə Ərəbistanı, Misir, Əlcəzair, Mərakeş, İraq və başqaları da mütəmadi istifadə ediblər. Burada müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları keçmək üçün ən yüksək şəraitli məkanlar, bədii gimnastika, cüdo zalları, futbol və tennis meydançaları, həmçinin böyük yarış zalı fəaliyyət göstərir. Bununla yanaşı, AAAF Parkda lisey və tibb mərkəzi, əyləncə mərkəzləri, müxtəlif restoran və kafelər, buz meydançası, 7D Cinema, Kartinq, brend mağazalar vardır.

Qonaqlara “Zirvə” Liseyindəki müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortunun fəaliyyəti nümayiş etdirilib, bütün bunların gənc ağır atletlərin yüksək səviyyəli təhsil alması üçün edildiyi vurğulanıb. AAAF Parkda 50-yə yaxın perspektivli ağırlıqqaldıranın həm oxumaq, həm də məşq etmək üçün maksimum imkan yaradıldığı, onlara ən yüksək ixtisaslı müəllim və məşqçilərin dərs keçdikləri qeyd edilib.

Daha sonra AAAF Holdinqin ofis binasına baxış edilib. Tofiq Heydərov qonaqlara böyük AAAF Park layihələri haqda məlumat verib. AAAF Park Astara-nın ofisin girişində yerləşdirilən maketi xüsusi maraqla qarşılanıb. Məlumat verilib ki, Astarada inşa edilən ağır atletika üzrə yeni təlim-məşq bazası olduqca möhtəşəm kompleksdir. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş geniş AAAF fitnes zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib. Bundan başqa, burada Holdinqin əsas idman klubu olan “Zirvə” idman klubuna məxsus iki hektar ərazidə atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb. Müxtəlif vaxtlarda Azərbaycanın ağır atletika üzrə bütün yaş qrupları burada təlim-məşq toplanışı keçirib. AAAF Park Astara layihəsinin təməlqoyma və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib.

Mötəbər qonaqlara bildirilib ki, Azərbaycanın ən böyüklərindən idman klublarından olan, planetar layihə –  Zirvə Beynəlxalq İdman Klubları yalnız ağır atletika yox, digər Olimpiya və qeyri-Olimpiya növlərinə də böyük diqqət ayıracaq. Mayda keçiriləcək nəzərdə tutulan 7-ci Zirvə Oyunlarında bu diqqəti və görülən işləri əyani şəkildə izləmək imkanı verəcəkdir.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) To use 'Page Public Content Access', your use of this endpoint must be reviewed and approved by Facebook. To submit this 'Page Public Content Access' feature for review please read our documentation on reviewable features: https://developers.facebook.com/docs/apps/review.
SHARE