Astarada çimərlik futbolu üzrə “Zirvə” kuboku keçirilib (FOTO, VİDEO)

“Zirvə” Beynəlxalq İdman Klubları Astara şəhərində yerləşən «AAAF Park” da “Zirvə” Kuboku adı altında çimərlik yarışları keçirib. Açılışda “Zirvə” Beynəlxalq Idman Klublarının Bədən Tərbiyəsi və İdman sektoru üzrə müdiri Azad Mustafayev yarış barədə iştirakçılara ətraflı məlum verib, komandalara uğurlar arzulayıb.

“Zirvə” Kubokunda 6 rayondan 7 komanda 2 yaş qrupunda mübarizəyə qoşulub. Yarış olimpiya sistemi ilə keçirilib. Hər yaş qrupu üzrə qalib gələnlərə mükafatlar təqdim olunub.

SHARE