“Aslanoğlu” təbii bal və arıçılıq məhsulları artıq “Zirvə”də

AAAF Parkda yerləşən “Zirvə ət” dükanında ət məhsulları ilə yanaşı, fermer təsərrüfat mallarının da satışı həyata keçiriləcək. Artıq bu məkanda təbii kənd məhsullarının satışına başlanıb. Ən diqqət çəkən isə yeni ad və təmiz dadda, təbiətdən süfrələrinizə gətirilən “Aslanoğlu” təbii bal və arıçılıq məhsullarıdır. Belə ki, Masallı, Lənkəran, Lerik, Yardımlı bölgələrindən toplanmış ekoloji cəhətdən təmiz və heç bir qatqı maddəsi istifadə olunmayan tam təbii ballar artıq “Zirvə ət” dükanında sərfəli qiymətlərlə müştərilərə təklif olunur.
Cənub zonasına mənsub “Aslanoğlu” arıçılıq məhsullarına daxil olan “Cökə balı”, “Yonca çiçəyinin balı”, “Akasya Çiçəyinin balı” və digərləri tam müalicəvi əhəmiyyət daşıyır. Məkanda həm beçə, həm də şan balları müştərilərə təklif olunur, onlar balın dadına baxmaqla keyfiyyətinə şahid ola bilər.

SHARE