“Şüvəlan qəsəbəsində baş tutan ağır atletika üzrə Azərbaycan kuboku gərgin mübarizəliyi ilə diqqət çəkir, idmançılar arasında yüksək əhval-ruhiyyə var. Bu yarışda qalib adını qazanan idmançılarımızı təbrik edirəm”.
Bu sözləri ağır atletika üzrə yığma komandanın baş məşqçisi Asif Məmmədov AAAF TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, ilin son yarışlarından biri olan ölkə kuboku növbəti ildə yığma komandanın tərkibinə yeni üzvlərin cəlb olunması baxımından böyük əhəmiyyətə malikdir:
“Ölkə kubokunun əsas məqsədlərindən biri də yeni perspektivli idmançıları üzə çıxarmaqdır. Bu nöqteyi nəzərdən deyə bilərik ki, növbəti ildə yığma komandaya yeni üzvlər cəlb olunacaq”.
Baş məçqçi qarşıdakı ayda Misir və Qətərdə reallaşacaq iki vacib turnir barədə məlumat verərək, yarışda iştirak edəcək ağır atletlərimizin siyahısını da diqqətə çatdırdı.