“Araz – Umut”: Keyfiyyəti və qiyməti ilə seçilən market

AAAF Park Yaşayış Kompleksində artıq 2 aydır ki, keyfiyyətli xidməti ilə seçilən “Araz Umut” marketi fəaliyyət göstərir. Marketin ən böyük üstünlüyü müştərilərə satılan məhsulları ən ucuz qiymətə təqdim etməsidir. Bu səbəbdən də, bu məkan AAAF Park sakinləri və qonaqları üçün həm sevimli market, həm də ən ucuz market olaraq fərqlənir.

Market məhsulların çoxluğu və keyfiyyəti ilə seçilir. Burada kənd təsərrüfatı, qida və dəniz məhsullarını istədiyiniz qədər və bol çeşiddə əldə edə bilərsiniz. Bundan başqa, satışda olan növbənöv şirniyyatlar da müştərilərə təqdim olunur. Bir sözlə, “Araz Umut” marketdə A-dan Z-yə istədiyiniz hər bir məhsulu almaq imkanınız var.

Bu marketin digərlərindən fərqləndirən üstünlükləri kifayət qədərdir. Belə ki, marketdən alış-veriş edən müştərinin yükünün istənilən məsafəyə, hətta mənzil başına qədər çatdırılması da mümkündür. Bundan başqa, market sifarişlər də yerinə yetirərək, istədiyiniz məhsulu qapınıza qədər pulsuz çatdırırır. Bunun üçün (051) 386 84 00 nömrəsinə bir zəng etməyiniz kifayətdir.

Market fəaliyyətə başladığı ilk gündən müxtəlif kampaniyalar da həyata keçirir. Həmçinin buradakı əksər məhsullara 20-30% endirimlər tətbiq olunur.

Qısa müddət ərzində xeyli müştəri məmnuniyyəti qazanmış “Araz – Umut” marketi bu uğurlu fəaliyyətini növbəti il üçün də davam etdirəcəkdir.

SHARE