“Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında keçirilən “9-cu Zirvə Kuboku”nda qadınların mübarizəsi başa çatıb. Son olaraq yaşı 18-dən yuxarı olan atletlər körpücük üzərinə çıxıb. Yetərincə təcrübəli idmançıların rəqabətini izləmək xoş idi.
Bu qrupda gözlənildiyi kimi favoritlər hamını üstələdi. “Abşeron-Zirvə” təmsilçisi, tanınmış mütəxəssis Hafiz Süleymanovun tələbəsi olan İbrahimli Anastasiya İbrahimli 230 kq (105+125) toplam nəticə və 285.23 xalla aşkar fərqlə qalib gəldi.
İkinci pillədə “Jidaçiv-Zirvə”dən Anastasiya Qotfrid qərarlaşdı. O, toplam 225 kq (110+115) nəticə və 243.83 xalla gümüş medala sahib çıxıb. Bürünc medal “Xırdalan-Zirvə” atleti Əhmədova Ləmana qismət olub. O, toplam 158 kq (73+85) çəkinin öhdəsindən gəlib və Sinkleyr cədvəli ilə 229.60 xal toplayıb.
Y | Adı | İl | Klub | Ölkə | Çəkisi | Birdən | Təkanla | Toplam | Xal |
1. | İbrahimli Anastasiya | 1993 | Xırdalan | Azərbaycan | 70.40 | 105 | 125 | 230 | 285.23 |
2. | Qotfrid Anastasiya | 1996 | Jidaçiv | Ukrayna | 94.00 | 110 | 115 | 225 | 243.83 |
3. | Əhmədova Ləman | 1995 | Xırdalan | Azərbaycan | 55.60 | 73 | 85 | 158 | 229.60 |
4. | Buya Mihaela | 1994 | Kişinyov | Moldova | 59.00 | 60 | 77 | 137 | 190.50 |
5. | Buyaç İrina | 1995 | Kişinyov | Moldova | 59.00 | 56 | 66 | 122 | 169.60 |
6. | Moşe Şahar | 1996 | Beer-Şeva | İsrail | 79.10 | 64 | 75 | 139 | 162.00 |
7. | Mariella Kostova | 1990 | Smolyan | Bolqarıstan | 56.00 | 50 | 75 | 125 | 159.00 |
8. | Məmmədova Xumar | 1997 | Goranboy | Azərbaycan | 85.40 | 65 | 75 | 140 | 157.50 |