Amin Osmanov qızıl medala sahib çıxdı

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə oğlanlarda körpücük üzərinə bu dəfə çəkisi 34 kq-a qədər olan yeniyetmələr çıxıblar.

Qazaxlı atlet Amin Osmanov toplam 97 kq (42+55) nəticə bütün rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb. Gümüş medalı 87 kq (38+49) nəticə ilə Nahid Ağayev qazanıb. Bürüncə isə 81 kq (37+44) nəticə ilə Əli Məhərrəmzadə yiyələnib.

34 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Osmanov Amin 2006 Qazax Zirvə 34.0 42 55 97
2. Ağazadə Nahid 2005 Lənkəran Zirvə 33.3 38 49 87
3. Məhərrəmzadə  Əli 2009 Lənkəran Zirvə 33.2 37 44 81
4. Məlikov Ziya 2007 Neftçala Zirvə 31.4 33 40 73
5. Əliyev Aysim 2007 Goranboy Zirvə 34.0 32 40 72
6. Hüseynov Mirkamil 2007 Lerik Zirvə 32.1 25 33 58
7. Bağırov Rəzzaq 2007 Lənkəran Təhsil 32.1 25 33 58
8. Qasımov Mehdinur 2008 Xırdalan Zirvə 33.3 25 33 58
9. Məmmədov Ayxan 2009 Goranboy Zirvə 30.9 27 28 55
10. Məmmədli Şakir 2007 Neftçala Zirvə 33.3 23 30 53
11. Kamalov Qafar 2008 Lerik Zirvə 32.7 28 0

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE