Alim Qasımov: “AAAF PARK çox xoşuma gəldi”

AAAF Park Yaşayış Kompleksi hər kəsin bəyəndiyi, heyrət və sevinclə qarşıladığı bir məkandır. Ölkənin tanınmış şəxsləri də burada mütəmadi qonaq olur, təəccüblərini gizlədə bilmirlər. Onlardan biri də tanınmış muğam ustası Alim Qasımovdur.

Bugünlərdə çəkiliş məqsədilə AAAF PARKda qonaq olan hörmətli sənətçimiz, gördükləri ilə bağlı hisslərini AAAF TV ilə bölüşüb. Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı və Beynəlxalq IMC UNESCO Musiqi Mükafatı laureatı, muğam sənətini Avropa və dünyanın onlarla ölkəsində konsertlərlə çıxış edərək tanıdan, Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında böyük rol oynayan Alim bəy, Kompleksimizdən çox razı qalıb və tezliklə, buranın sakini olmaq istədiyini bildirib.

SHARE