Əli Quliyev: “Bu yarışda istədiyim nəticəni qazandım”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü davam edir. Yaşı 15-ə qədər olan oğlanlar arasında son çəki dərəcələrində qaliblər müəyyən edilib. 94 kq çəki dərəcəsində toplam 250 kq (115+135) nəticə ilə Əli Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız yarışdan sonra AAAF TV-yə müsahibə verərək təəssüratlarını bildirib:

“Bu yarışda istədiyim nəticəni qazandım. Məşqçilərimə çox böyük təşəkkür edirəm ki, məni bu yarışa yaxşı hazırlaşdırdılar”.

 

SHARE