“Ali-Əba” qrupu AAAF Parkda – VİDEO

Ramazan ayı günlərində daha bir qrup – “Ali Əba” qrupu “AAAF Park” İstirahət və Əyləncə Mərkəzində qonaq olub. Qrup üzvləri parkımıza təşrif buyuraraq “Məşhurlar AAAF Park”da layihəsinin qonağı olublar. Onlar verilişdə ilk öncə 11 ayın sultanı olan – Ramazan ayı ilə bağlı xoş sözlərini və təbriklərini çatdırdılar:

“Allah hər kəsin orucunu qəbul etsin. Gün o gün olsun ki, Allah sədaları, Əhli-beyt peyğəmbər sədaları Qarabağımızda səslənsin inşallah”.

Qrup üzvləri biri-birindən gözəl ilahi nəğmələr səsləndirdilər. Onların ifaları AAAF Parka toplaşanların ürəyincə olub və sakinlər “Ali Əba” qrupunu sevinclə alqışlayıblar.

Verilişdə qonaqlar AAAF Parka heyranlıqlarını da gizlətməyiblər və hər kəsi yaxşı istirahət üçün bu gözəl məkana dəvət ediblər.

SHARE