Aktrisa Leyli Axundova AAAF Parkın qonağı oldu

“Qaraca qız” filmində Ağca rolundan tanıdığımız sevimli aktrisa Leyli Axundova AAAF Park Yaşayış Kompleksinin qonağı oldu. İlk dəfə AAAF Parkda olduğunu deyən qonağımız gördüklərindən xeyli heyrətlənib. Ailəvi istirahətin ideal məkanı olan AAAF Parkda böyüklü-kiçikli hər kəs üçün gözəl şəraitin yaradıldığını dilə gətirən aktrisamız parkımız barədə ağız dolusu danışdı və bundan belə istirahət etmək üçün AAAF Parka üz tutacağını bildirdi.

Qonağımız müsahibə zamanı “Qaraca qız” filmindən də söz açaraq nostalji anlara da qayıtdı və sanki bu filmdə öz həyatını oynadığını söylədi.

Qeyd edək ki, Leyli xanım hazırda Bakı Xoreoqrafiya Məktəbində musiqi müəlliməsi işləyir.

SHARE