Akademiyamızın üzvləri “Mənim Azərbaycanım” rəsm müsabiqəsində iştirak ediblər

AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Zirvə” Uşaq-İdman Akademiyasının hazırlıq kurslarının yeniyetmə üzvləri OYAL “Ofisait” mağazalar şəbəkəsinin təşkilati dəstəyi ilə “Mənim Azərbaycanım” mövzusunda rəsm müsabiqəsində iştirak ediblər. Martın 1-də baş tutan ilkin mərhələyə Həsənova Lalə, Səlimli Aytən, Kərimova Mirxanım, Məhərrəmli Fidan və Quluzadə Arzu qatılıblar. Öz rəsm bacarıqlarını nümayiş etdirən qızlarımıza sertifikatlar təqdim olunub.

Müsabiqədə iştirak edən uşaqların layihədən daha çox faydalanması və hər birinin müsabiqənin qalibi olma şansının artması üçün Azərbaycan rəssamlıq sənətinin canlı tarixi hesab olunan xalq rəssamı, professor Arif Hüseynov iştirak edib, hər bir iştirakçıya fərdi qaydada istiqamət verib, uşaqlara peşəkar rəssamın zəngin təcrübəsindən faydalanmaq imkanı yaradılıb.

Müsabiqə ayda 2 dəfə olmaqla 6 ay ərzində 12 dəfə keçiriləcək. 6 ay ərzində çəkilən bütün əsərlər təşkilatçıda toplanacaq, 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacaq.

SHARE