Ağır atletlərimizin növbəti təlim-məşq toplanışı

Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımız Şüvəlandakı Ağır Atletika Akademiyasında təlim-məşq toplanışlarını davam etdirirlər. Avqust ayından startı verilən toplanışlar qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyır. Yığma komandanın baş məşqçisi Asif Məmmədov AAAF Tv-yə müsahibə verərək bildirdi ki, oktyabrın əvvəllərində Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin 3-cü Olimpiya Oyunları keçiriləcək və burada ölkəmizi iki ağır atlet təmsil edəcək.

Oktyabrın 22-dən 29-dək Polşada gənclər arasında Avropa çempionatı keçiriləcək və ağır atletlərimiz bu mötəbər yarışda da qüvvəsini sınayacaq.

Noyabrın 1-dən 10-dək isə Türkmənistanda ağır atletika üzrə böyüklər arasında dünya çemponatı baş tutacaq. Bu yarışda yığmamızın üzvləri də iştirak edərək medallar uğrunda mübarizə aparacaq.

SHARE