Ağır atletika üzrə seçmə mərhələ yarışları başladı

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 4-cü seçmə mərhələsi start götürüb. Yarış ilk öncə Xırdalanda keçirilib.Burada Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan atletlər mübarizə aparıb. Qaliblərə diplom və medallar təqdim olunub. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalandan sonra  1-2 noyabr tarixlərində Lənkəranda, 4-5 noyabrda isə Samuxda baş tutacaq.

SHARE