Ağır atletika üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında baş tutan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxış edib. O, bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ağır atletikada əldə edilən nailiyyətlər buna öz töhfəsini verməkdədir.

Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov müsahibə verərək çempionatın keçirilmə məqsədlərindən danışdı.

Qeyd edək ki, Azərbaycan birinciliyi sentyabr ayının 14-dək davam edəcək.

SHARE