Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının başlanmasına artıq 20 gündən az bir vaxt qalıb. Bu oyunlarda iştirak edəcək Azərbaycanın ağır atletika üzrə yığma komandası hazırlıqlarını ciddi şəkildə davam etdirir.Məşqçilərin həftəlik tərtib etdiyi plana uyğun məşq edən ağır atletlərin əsas istəyi İslam Oyunlarında uğurlu çıxış edərək medal qazanmaqdır.Yığma komandanın məşqçiləri ağır atletlərin hazırlıqlarının yüksək səviyyədə getdiyini və onlara Federasiya tərəfindən hər bir şəraitin yaradıldığını dilə gətirdilər.
IV İslam Həmrəylik oyunları may ayının 12 – dən 22-dək davam edəcək. Ağır atletika üzrə yığma komandamızın üzvləri isə öz çıxışlarını 13-17 may tarixlərində edəcəklər. Bu mötəbər yarışda ağır atletlərimizə uğurlar arzu edirik və bizləri medallarla sevindirəcəklərinə inanırıq.\