Ağır atletika üzrə seçmə mərhələ yarışı başladı

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələsi baş tutub. Burada Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan 150-yə yaxın atlet mübarizə aparıb. Qalib və mükafatçılara medal və diplomlar təqdim olunub. Bu yarışların keçirilməsində əsas məqsəd isə atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı,idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Qeyd edək ki,28 fevral və 01 mart tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, martın 3-4-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

SHARE