Ağır atletika beşnövçülüyü üzrə 10-cu dünya çempionatı keçirilib

 

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika beşnövçülüyü üzrə 10-cu dünya çempionatına keçirilib. Öncə yarışın açılış mərasimi baş tutub. “Zirvə” BİK-nun prezidenti Tofiq Heydərov mərasimdə çıxış edərək Azərbaycan ağır atletikasının hazırki durumu,gələcək planlar və inkişaf perspektivləri barədə danışıb.

Azərbaycan Respublikası Dövlət Himninin səslənməsindən sonra yarışa start verilib.“Zirvə” Beynəlxalq İman Klubu ilə Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi bu turnir böyük marağa səbəb olub. Ukrayna, Moldova, İran və Azərbaycandan olan atletlərin körpücük üzərinə çıxdığı ağırlıqla oturub-durma, uzanaraq ağırlığın sinədən sıxılması və ağırlığı dartma hərəkətlərində böyük çəkilər qaldırılıb. Hər hərəkətdə ayrıca qalib və medalçılar müəyyən edilib, pul mükafatı və ev sertifikatları təqdim edilib.

SHARE