ADBTİA-da bir neçə idman zallarına əsaslı təmirdən sonra baxış keçirilib

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əsaslı təmirdən sonra boks, ağırlıqqaldırma, voleybol, həndbol və basketbol zallarına baxış keçirilib. Gənclər və İdman Naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, ABŞ səfirliyinin nümayəndələri və idman ictimaiyyətinin nümayəndələri yenidənqurma və təmir işləri ilə yaxından tanış olublar. Tədbirdə “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov da iştirak edib.

Mərasim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbol zalında rəsmi hissə ilə başa çatıb. Burada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək qonaqları salamlayıb, daimi dəstəyə görə Gənclər və İdman Nazirliyinə və idmansevərlərə Akademiya adından minnətdarlığını bildirib. Sonra Gənclər və İdman Naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Haydi Smit, Carnegie Universitetinin nümayəndəsi Matti Nyubay və basketol üzrə millinin üzvü Amil Həmzəyev çıxış edərək zalların yenidən qurulmasını əlamətdar hadisə kimi dəyərləndirib, idmançıların bu zallardan maksimum istifadə etmələrinin zəruriliyi vurğulanıb.

SHARE