Ad gününüz mübarək, Cənab Prezident!

Bu gün, 24 Dekabr Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Heydər oğlu Əliyevin doğum günüdür.

Bildirək ki, Prezident İlham Əliyev ölkədə bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqət və qayğı göstərir. İldən-ilə idman uğurlarımızın sayının artması, Avropa və Dünya çempionatı yarışlarında idmançılarımızın qazandığı medallar, ölkədə Olimpiya Kompekslərinin və digər idman qurğularının inşasının davam etdirilməsi, Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsi kimi hallar ölkədə idmanın sürətlə inkişafının təzahürüdür.

Gələn il Bakıda keçiriləcək İlk Avropa Olimpiya Oyunlarında bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Bu bir daha önu göstərir ki, Azərbaycan idman ölkəsidir və Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən böyük qayğı var.

AAAF Yaşayış Kompleksinin rəhbərliyi və kollektivi adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edirik!

SHARE