Açılış mərasimi keçirilib

Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Aparıcı zala toplaşanları salamladıqdan və yarış barədə məlumat verdikdən sonra növbə çıxışa çatıb.

Azərbaycan Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayilov nitq söyləyərək həm təşkilatçılıq, həm də gələcək perspektivlər haqda fikirlərini bildirib. O, ağır atletlərimizin etimadı doğruldacağına inamını dilə gəirib: “Azərbaycanda idmanın inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz bu dahi şəxsiyyətin bu gün də davam etdirilən uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan əsl idman ölkəsidir. Bunu həm yarışların özü, nəticələr, həm də həmin yarışların yüksək səviyyəli təşkilatçılığı ilə dəfələrlə sübut etmişik. Təsaüfi deyildir ki, hər il ölkəmizdə 50-yə yaxın Avrop və ünya səviyyəli, həmçinin digər beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunur. Bunu hər kəs görür. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, cənab İlham Əliyevin bu barədə bir sözü həmişə diqqətimizdədir: ya yarış ən yüksək səviyyədə keçiriləcək, ya da keçirilməyəcəkdir. Biz də bu tələbi özümüzə şüar kimi qəbul edir, bundan irəli gələn işləri həyata keçiririk.

Yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi də təşkilatçılıq baxımından ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gün yarışda gələcəkdə böyük uğurlar əldə edəcək, perspektivli idmançıları izləyəcək, onların çıxışlarını alqışlayacağıq. Azərbaycan Ağır Atletika Federasiyası bu idman növünün inkişafı üçün bütün lazımi işləri görür. Kütləvilik əldə olunub, nəticələr də vaxt keçdikcə gəlməkdədir. Bu yarışın da keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir. İnanıram ki, bu ənənəvi birincilik də gənc və yeniyetmə atletlərimizin inkişafına təkan olacaq”.

Daha sonra İsmayıl İsmayılov yarışları açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Bunun ardından yarış davam etdirilib.

That Facebook ID is unauthorized for use, please go to Settings and add it.
SHARE