“Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyası başa çatdı

AAAF Park Yaşayış Kompleksində yerləşən 19 saylı küçə ilə bağlı aparılan “Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyası başa çatdı. Aprel ayında başlayan kampaniya bir çox şərtləri ilə böyük alıcı kütləsinin marağına səbəb oldu. Əvvəlcə aprel ayının 18-dən may ayının 10-a qədər nəzərdə tutulmuş kampaniya müddəti çoxsaylı müştəri istək və tələbini nəzərə alaraq, may ayının 28-nə qədər uzadıldı. Kampaniya müddətində mənzillər alıcılara faizsiz kredit və ilkin təmir hədiyyə olunmaq şərtilə təklif olunub. Satış meneceri Ayşən Kamallı əhalinin mənzillərə və belə kampaniyalara olan tələbindən, eyni zamanda kampaniya müddətində müştəri müraciətləri və evlərin satışı barədə məlumat verdi. “Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyası həm effektli şərtləri, həm də müddət cəhətdən əlverişli imkanlar yaradıb. Kampaniya müddəti ərzində kifayət qədər alıcı bu şərtlərdən yararlandı və AAAF Park Yaşayış Kompleksində mənzil sahibi oldu.

SHARE