Abşeronda seçmə mərhələ yarışları keçirilib

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə Respublika yarışlarının I seçmə mərhələsi keçirilib. Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan təxminən yüz əllidən çox atlet medal mübarizəsi aparıb. Qalib və mükafatçılar Sinkleyr cədvəli ilə müəyyən edilib, medal və diplomlar təqdim olunub. İlk yarış günündə qadınlar, həmçinin 2002-2007-ci illər təvəllüdlü oğlanlar körpücük üzərinə çıxıblar, ikinci gündə isə 1999-2001-ci illər təvəllüdlü oğlanlar qalib adı uğrunda mübarizə aparıblar.

Xatırladaq ki, seçmə mərhələ yarışları Xırdalandan sonra Lənkəran və Samux şəhərlərində keçiriləcək. 29-30 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

SHARE