Abşeron Rayon İcra Hakimiyyətində sakinlərin şikayəti əsasında görüş keçirilib

Bu gün AAAF Park Yaşayış Kompleksinin bir qrup sakininin tələbi və iştirakı ilə Abşeron Rayon İcra Hakimiyyətində icra başçısı xanım İradə Gülməmmədovanın da sonradan qatıldığı görüş keçirilib. Tədbir zamanı son günlərdə yaranmış situasiya ilə bağlı müzakirələr aparılıb.
Tərəfimizdən təqdim olunan sənəd-sübutların analizindən sonra bir daha müəyyən olunub ki, AAAF Parkda yaranmış mövcud problemlərin səbəbi əksər sakinlərin müqavilə öhdəliklərindən yaranan borclarını ödəməmələri və şirkəti maddi sıxıntılara salmalarıdır. Bütün bunları nəzərə alan xanım başçı İradə Gülməmmədova yerindəcə tərəfimizə və sakinlərə iradını bildirmiş, həmçinin sakinlərin ödənişlərini vaxtlı-vaxtında etmələrini xahiş etmiş, əlavə olaraq növbəti dəfə qeyri-qanuni aksiyalar təşkil edərək təxribata yol verəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqlarını elan etmişdir.
SHARE