AAAFPark-da Novruz Şənliyi

Martın 21-də AAAF PARK Yaşayış Kompleksinin həyətindəki böyük parkda möhtəşəm Novruz şənliyi keçirildi. Hər zaman sakinlərini düşünən kompleksimiz bu Novruza özünəməxsus tərzdə hazırlaşmışdı. Xalqımızın qədim el bayramı olan Novruzun qeyd edilməsi mərasimi şən və təmtəraqlı bayram proqramı ilə yadda qaldı. Milli adət-ənənələrimizi özündə əks etdirən Novruz şənliyi çox böyük sevinclə qarşılandı.

Şənlikdə AAAF PARK-ın iş kollektivi, Kompleksimizin sakinləri, hətta ətraf ərazilərdə yaşayanlar da iştirak edirdilər. Onlar bu bayramı yəqin ki, çox xatırlayacaqlar.

Elimizə-obamıza baharın gəlişi Parkın təbiətində də hiss olunurdu. Sevinc, bayram hissi hamını bürümüşdü. Bir-birindən gözəl ifalar, maraqlı rublikalar şənliyə xüsusi rəng qatırdı. Kosa və keçəlin məzəli qarşıdurması, kəndirbazların məharəti, el pəhləvanlarının nümayış etdirdiyi maraqlı nömrələr uşaqdan-böyüyə hamının marağına səbəb oldu. Bu bayramda daha çox uşaqların sevinci qabarıq hiss olunurdu. Belə ki, AAAF PARK-ın yaşıllıq sahəsində canlı dəvənin seyrinə yığılanlar, dəvənin tərkində şəkil çəkdirənlər də məhz uşaqlar idi.

Musiqiçilərin töhfəsi də AAAF PARK-ın bayram ab-havasını tamamlayırdı. Elimizin gözəl adəti bu bayramin atributlarında, personajlarında, şırniyyatında və Novruzun digər rəmzlərində yaşamaqdadır. Bu kimi bayram tədbirlərinin gələcəkdə də keçirilməsi, sakinlərinin sevincinə səbəb olması, hər zaman onların diqqət və qayğısını çəkmək AAAF PARK Yaşayış Kompleksinin ən öndə duran vəzifələrindəndir.

AAAF PARK Yaşayış Kompleksinin kollektivi xalqımızı bu bayram münasibəti ilə təbrik edir və ona firavan ömür, bol bərəkət, nəinki Novruz bayramında, ilin bütün günlərində bahar təravətində qalmağı arzulayır.

Bayramınız mübarək!

SHARE