AAAF TV binasında təmir işləri yekunlaşır

Peşəkar sferada fəaliyyəti genişləndirmək məqsədilə təsis olunan AAAF TV binasında aparılan təmir-bərpa işləri artıq yekunlaşır. AAAF Media MMC-nin nəzdində formalaşan televiziya və radionun yerləşəcəyi məkanda izolyasiya işləri tamamlanmaq üzrədir, studiya və otaqlarda elektrik işlərinin 80 faizi bitib.

Beş aydır təmir-bərpa işləri aparılan binanın daxilində divarların ağardılması və havalandırma sistemlərinin quraşdırılması prosesi yaxın günlərdə başa çatacaq. İş icraçısı Elşən Mahmudov AAAF TV-yə müsahibəsində binada görüləcək işləri vurğulayaraq bildirib ki, dekorasiya işləri bir sonrakı vacib mərhələdə yer alır.

İş icraçısının sözlərinə görə, yeni, orijinal dizaynla təmir olunması nəzərdə tutulan televiziya və radio binası bir neçə həftə ərzində təhvil veriləcək. Tezliklə, AAAF TV-də öz məkanımızdan görüşünüzə gələcəyik.

SHARE