AAAF Parkın tikinti işlərindəki son vəziyyət

AAAF Park Yaşayış Kompleksində tikinti işləri sürətlə davam edir. “AAAF İnşaat” MMC-nin baş mühəndisi Hatəm Rəfiyev AAAF TV-ə müsahibəsində bildirib ki, 25 saylı küçə üzrə 10 saylı bina yaxın günlərdə sakinlərə təhvil veriləcək. Hazırda isə 1,3,5,7 saylı binaların dam örtüyü bağlanır, metal konstruksiya işləri görülür.26 saylı küçə üzrə 3 saylı bina 1 həftə ərzində sakinlərin təmiri üçün hazır vəziyyətə gətiriləcək.

Hatəm Rəfiyevin sözlərinə görə, 28 saylı küçədə də tikinti işləri sürətlə aparılır.

27 saylı küçə üzrə yerləşən binanın isə axırıncı mərtəbə örtüyünün betonu vurulub, yaxın günlərdə binanın dam örtüyünün bağlanılmasına başlanacaq.

SHARE