AAAF Parkın Təhlükəsizlik şöbəsinin bir qrup əməkdaşı mükafatlandırılıb

 

AAAF Park Yaşayış Kompleksində hər kəsin rahatlığını və mühafizəsini təmin edən Təhlükəsizlik şöbəsinin bir qrup əməkdaşı mükafatlandırılıb. Belə ki, kompleksin ofisində AAAF Park Xırdalanın direktoru Əli Nəbiyev həmin əməkdaşları il ərzində göstərdiyi fəal xidmətlərinə görə “Təşəkkürnamə” ilə təltif edib və onlara pul mükafatları verib.

Qeyd edək ki, AAAF Parkın Təhlükəsizlik Şöbəsi Yaşayış Kompleksi daxilində fəaliyyət göstərən müxtəlif iaşə obyektləri, yaşayış binaları, təhsil müəssisələri və digər məkanların mühafizəsini fasiləsiz olaraq təmin edir.

SHARE