AAAF Parkın təhlükəsizlik sistemi yüksək səviyyədədir

Hər gün yüzlərlə insanın istirahət və əyləncə məkanına çevrilən AAAF Park daxilində müxtəlif iaşə obyektləri, yaşayış binaları, təhsil müəssisələri, digər sahələrlə bağlı mərkəzlər fəaliyyət göstərir. Bu səbəbdən Kompleksdə hər kəsin rahatlığı və mühafizəsini təmin etmək üçün təhlükəsizlik şöbəsi növbəli sistemlə fəaliyyət göstərir. Şöbə əməkdaşları kompleksə giriş-çıxışa tam şəkildə nəzarət edir, nəqliyyat vasitələrini yoxlayır, ərazidə qaydalara riayət olunmasını təmin edir, sakin və qonaqların müxtəlif müraciətlərinin lazımi şəkildə istiqamətləndirilməsində mühüm rol oynayırlar. Mütəşəkkil fəaliyyət göstərən nəzarətçilər naqilsiz səs ötürücüləri vasitəsi ilə əlaqə saxlayaraq məlumat verir, hər hansı hadisə baş verərsə, dərhal müdaxilə edirlər. AAAF Parkın Təhlükəsizlik şöbəsinin rəhbəri Vüqar Hüseynzadə Kompleksin mühafizə sistemindən söhbət açıb, şöbənin məqsədi və iş prinsiplərini vurğulayıb. Şöbə rəhbərinin sözlərinə görə, ərazidə yerləşən binalarla yanaşı, hazırda tikintisi davam edən binaların da təhlükəsizliyi onların öhdəliyindədir. Əlavə olaraq, şübhəli şəxslər və sərxoş vəziyyətdə əraziyə daxil olan insanlar mühafizə xidməti tərəfindən yoxlanılaraq kənarlaşdırılır. Həmsöhbətimiz əməkdaşlar arasında zərif cinsin nümayəndələrinin xanımlara məxsus məkanların qorunmasında iştirak etməsinin əhəmiyyətini qeyd edib. Vüqar bəy, AAAF Park daxilində siqarət çəkilməsi, ərazinin çirkləndirilməsi kimi qadağalara da təhlükəsizlik əməkdaşları tərəfindən nəzarət edildiyini bildirib. Sonda, istər yaşayış, istərsə də istirahət və əyləncə məkanı kimi AAAF Park hər zaman sizin rahatlığınızın təminatıdır.

SHARE