AAAF Parkın Satış Mərkəzində nümunə otaq yenilənib

Yenilikləri ilə daima diqqət mərkəzinə düşən və müştərilərin bütün tələblərinə cavab verən AAAF Park Yaşayış Kompleksinin Satış Mərkəzində müasir standartlara uyğun nümunə otağı hazırlanıb. Nümunəni hazırlamaqda məqsəd müştərilərə real mənzilin görünüşünü əyani şəkildə təqdim etməkdir. Studiya tipli qonaq otağı və mətbəx, eyni zamanda, yataq otağını özündə ehtiva edən nümunə mənzilin sahəsi 60 kvadrat metrə yaxındır. Müasir üslubda təmir olunan ikiotaqlı nümunə mənzil yataq, mətbəx dəsti və digər canlı mənzərə yaradan ev əşyaları ilə təmin olunub. Orijinal quruluşa malik mənzilin daxilində sanitar qovşağı da əks olunub. Geniş və işıqlı dəhliz isə göz oxşayır.

AAAF Parkın Satış Mərkəzinə müraciət edən hər kəs nümunə mənzillə tanış olaraq, real mənzərənin şahidi ola bilər.

SHARE