AAAF Parkın Müştəri Məlumat Mərkəzi sizin rahatlığınız üçün çalışır!

Üç ildən artıq müddətdir, AAAF Park Yaşayış Kompleksinin nəzdində əhaliyə peşəkar xidmət göstərən Müştəri Məlumat Mərkəzi yüksək standartlara uyğun şəkildə fəaliyyət göstərir. Yeddi günlük, növbəli iş rejiminə malik bu xidmət sahəsi müraciət edənlərin arzu və təklifləri daxil olmaqla AAAF Park barədə istənilən informasiyanı qeydə alaraq ətraflı məlumat verir, lazımi şəkildə istiqamətləndirir.

Məlumat Mərkəzinin əməkdaşı Nuranə xanım Həsənova müştərilərin daha çox televiziya, internet saytlarından, xüsusilə AAAF Parkın rəsmi facebook səhifəsində yerləşdirilən elan, reklamlardan istiqamətlənərək zəng etdiyini qeyd edib. Bundan əlavə AAAF Parkla bağlı istənilən məlumatı əldə etmək üçün bir neçə qaynar xəttin – Azercell, Bakcell və şəhər nömrələrinin fasiləsiz şəkildə fəaliyyət göstərdiyini də vurğuladı.

Müştəri məmnuniyyətini hər şeydən yüksək tutan AAAF Parkın Müştəri Məlumat Mərkəzindən istifadə etməklə həm komplekslə bağlı istənilən məlumatı əldə etmiş , həm də vaxtınıza qənaət etmiş olacaqsınız.

Hər şey sizin rahatlığınız üçündür!

SHARE